Yunanıstan baş naziri istefa verdi
Yunanıstanın baş naziri Aleksis Çipras istefa verib. O, ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçiriləcəyini bəyan edib. APA TV-nin məlumatına görə, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali Məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
Parlament seçkilərinin sentyabrın 20-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Aleksis Çipras solçu SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.