“Qəbələ” qrup şansını saxladı - 0:0
UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, “Qəbələ” öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.
III təsnifat mərhələsində Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrup mərhələsinin bir addımlığında “Panatinaikos”la üz-üzə gəlib.
Təmsilçimizin bir neçə dəfə fərqlənmək imkanı olsa da, hesabı açmaq mümkün olmayıb. Matç başladığı hesabla da başa çatıb.