Tovuzda 18 yaşlı oğlanı ilan sancıb

Tovuzda 18 yaşlı oğlanı ilan sancıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mülkülü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Yusif Qasımov özlərinə məxsus əkin sahəsində işləyərkən ilan onun sağ əlindən sancıb. Yaralı dərhal Tovuz  Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, son 3 ay ərzində Tovuzda 15-ə yaxın sakini ilan sancıb.  

 

Müəllif | Apa.Tv
Azər Məmmədli