Şirvanda yanğın: bir ailə evsiz qaldı
Şirvan şəhərində baş verən yanğın bir ailəni evsiz qoyub. APA TV-nin məlumatına görə, hadisə bu gün səhər şəhərin Maarif Aydınov küçəsində baş verib. Şirvan şəhər sakini Simnar İslamova məxsus 3 otaqlı fərdi yaşayış evində baş verən yanğın qısa zaman kəsiyində mənzili əhatə edib. Nəticədə mənzil içindəki əşyaları ilə birlikdə tamamı ilə yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin Şirvan Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb evdə istifadə olun propan balonun alovlanmasıdır. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə xeyli maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.