Tovuzda reyd keçirildi, çoxlu sayda sürücü cəzalandırıldı - VİDEO

Tovuzda yol nəqliyyat qəzalarının sayını azaltmaq üçün reyd keçirilib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, reydlər əsasən rayonun dağ kəndlərinə gedən yollarda təşkil olunub. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Araşdırma zamanı onların arasında 10 sürücünün sənədsiz, 6 nəfərin isə sərxoş halda avtomobil idarə etdiyi aşkarlanıb. Həmçinin avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıma hallarına da rast gəlinib. Analoji ay ərzində reydlər mütəmadi olaraq keçiriləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli