Maşın qiymətinə it satılır - VİDEO

Bursada özəl təsərrüfatlarda yetişdirilən “Kanqal” cinsindən itlər bir maşın qiymətinə satılır. APA TV-nin “Anadolu” Agentliyinə istinadən yaydığı məlumata görə, Türkiyədə yetişdirilən bu cins itlər ən bahalı heyvanlar hesab olunur. “Kanqal” itlərinin balalarının qiyməti 200-1500 dollar arasındadır, böyük itlərin qiyməti isə qanın təmizliyindən asılı olaraq 300 dollarla 22 min dollar arasında dəyişir. 10 ildir bu cins itləri yetişdirən təsərrüfat sahibi Şərəf Alkan sonuncu dəfə “Cəsur” adlı it üçün bazar qiyməti 19 min dollar olan maşın təklif olunduğunu, lakin bu təklifi qəbul etmədiklərini deyib. “Kanqal” itləri xalq arasında qurdboğan kimi də tanınır. Şərəf Alkan “Boran” adlı itin bu günədək 10 canavarı boğduğunu deyib.

 

Qeyd edək ki, Türkiyə hökuməti Kangal itlərinin xaricə satılmasını məhdudlaşdırıb. Buna səbəb bu itlərin saf qanının qorunmasını təmin etməkdir. 

Müəllif | Apa.Tv
Apa.tv