Yasamalda içərisində 6 nəfər olan lift qırılaraq şaxtaya düşdü

Bakının Yasamal rayonu ərazisində, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada bədbəxt hadisə baş verib.  APA TV-nin məlumatına görə, içərisində 6 nəfərin olduğu lift şaxtaya düşüb.

 

İlkin məlumata görə, binanın ikinci mərtəbəsində liftə 6 nəfər minib. Bu vaxt liftdə nasazlıq yaranıb və o, şaxtaya düşüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlarda iki qadının xəsarətləri yüngül olsa da, digər iki yaralı xəstəxanaya aparılıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb edilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparılıblar.

 

Qeyd edək ki, sakinlər yük daşınması üçün nəzərdə tutulan liftdən istifadə ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv