Qaxda kənd qəbiristanlığında yanğın!

Qaxda kənd qəbiristanlığında yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın avqustun 21-də, axşam saatlarında rayonun Qorağan kəndində ərazisində ümumi sahəsi iki hektar olan  kənd qəbiristanlığında qeydə alınıb.  Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının söndürülməsinə kənd sakinləri də yaxından köməklik edib. Yanğın nəticəsində qəbiristanlığın ərazisində 1 hektar və qəbiristanlığa bitişik ərazidə 1,5 hektar otlaq sahəsi və kol-kos yanıb. Yanğın zamanı məzarlara ziyan dəyməyib.

 

Yanğınsöndürənlərin və kənd sakinlərinin səyi nəticəsində qəbiristanlığın tamamilə yanmasının qarşısı alınıb.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də  araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv