Xırdalanda qəza: motosiklet maşına girdi, yaralılar var

Gecə  saatlarında  Abşeron  rayonunda   iki  nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

32 yaşlı Samid Heydərov idarə etdiyi minik avtomobili qarşıdan gələn, 26 yaşlı Emil Mansurovun  idarə etdiyi "Zontes" markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişini, 16 yaşlı Araz Əsgərov ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, hər iki yaralı reanimasiaya şöbəsinə yerləşdirilib.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv