Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb
Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də baş verib. 1958-ci il təvəllüdlü Niyazi Ağayev ailə münaqişəsi zəminində 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub. Qarın nahiyəsinin sol tərəfindən yaralanan Fərhad Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.