Dünyanın 400 milyarderi dünən 76 milyard dollar itiriblər

Dünyanın ən varlı 400 nəfəri qiymətli kağızlar bazarında başlayan böhran səbəbilə bir həftə ərzində 182 milyard dollar itiriblər. APA TV-nin məlumatına görə, ən çox zərərə uğrayan multimilyarder Uorren Baffet olub. Onun sərvəti bir həftədə 3,6 milyard dollar azalıb. Baffetin rəhbərlik etdiyi Berkshire Hathaway holdinqinin qiymətli kağızları 5 faiz ucuzlaşıb. Hazırda dünyanın ən varlı şəxsləri sırasında üçüncü yerdə olan Uorren Baffetin 63,4 milyard dollarlıq sərvəti var. Son bir həftədə planetin ən varlı 400 şəxsinin ümumi sərvətinin 6,3 faiz azaldığı bildirilir. Təkcə cümə günü milyarderlər 76 milyard dollar itiriblər. Buna səbəb əsas birja indekslərinin zəifləməsi olub. 

Müəllif | Apa.Tv
Apa.tv