Sabah Bakıda yağış yağacaq - PROQNOZ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. APA TV-nin məlumatına görə, nazirlikdən bildiriblər ki, avqustun 27-də gündüz saatlarına kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

 

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Temperatur gecə 19-22, gündüz 24-28 dərəcə olacaq. 

 

Bölgələrdə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 19-24, gündüz 26-31, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə olacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv