Hacıqabulda mebel mağazasında yanğın!
Hacıqabulda mebel və ərzaq mağazası və içərisində olan mebellər yanıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən Aslanova Sadat Soltan qızına məxsus ümumi sahəsi 440 kv.m olan mebel salonu və ərzaq mağazasında qeydə alınıb. Mağazanın yanar konstruksiyaları 210 kv.m sahədə və içərisində olan mebellər yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Mağazaya bitişik Əzizov Füzuli Əziz oğluna məxsus yaşayış evinin dam örtüyü də qismən yanıb.Yanğına səbəb elektrik xəttində qısaqapanma və havanın küləkli olması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.