Saatlı küçələrində 70 protokol...

Saatlıda avtomobil yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə reyd keçirilib. APA TV-nin  Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonu ərazisində Dövlət Yol Polisi və Post Patrul Xidməti əməkdaşlarının birgə keçirdikləri reyd zamanı 70-ə qədər qayda pozan sürücü haqqında protokollar tərtib edilib. Qaydanı pozanlar  arasında avtomobili sərxoş və  sürücülük hüququ olmadan idarə edən, “saxla” əmrinə tabe olmayan sürücülər barəsində müvafiq protokollar tərtib edilməklə, onlara İnzibati Xətalar məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilib. Həmçinin yan şüşələrə  kustar  üsulla hazırlanmış pərdə vuran və  avtomobilin konstruksiyasına dəyişiklik etmiş sürücülər  saxlanılaraq avtomobilləri  cərimə meydançasına  aparılıb. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı