Türkiyədə növbəti qanlı TERROR

Türkiyədə növbəti terror hadisəsi baş verib. APA TV-nin məlumatına görə, PKK terror təşkilatının üzvləri Diyarbəkirin Kulp qələbəsindəki hidroelektrik stansiyasının tikintisinin aparıldığı əraziyə silahlı hücum təşkil ediblər. Hücumun qarşısını alarkən Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, 3 əsgər isə yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yazılı açıqlamasında bildirib ki, terrorçulara layiqli cavab verilib.

 

Açıqlamada terrorçuların zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların davam etdiyi, yaralı əsgərlərinin səhhətinin normal olduğu bildirilir.

 

Müəllif | Apa.Tv