Bir neçə cinayətin iştirakçısı danışdı
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Novxanı qəsəbə sakini, 20 yaşlı Vüsal Məcməliyev Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb. Özünün dediyinə görə, 1 aydan coxdur, mütəmadi olaraq narkotikadan stifadə edir. Sonuncu dəfə vasitəni alıb çıxan zaman polis əməkdaşları onu şübhəli şəxs qismində yaxalayıblar.
Faktla bağlı araşdırmalar davam edir.
Yasamal polisi isə vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən şəxsi müəyyən edib. Bəhruz Allahverdiyev törətdiyi cinayəti etiraf edib. Araşdırmalar zamanı onun bir necə şəxsə maddi ziyan vurduğu sübut olunub.
Əməli sübut olunarsa, bu, Bəhruzun eyni maddə ilə 3-cü məhkumluğu olacaq. O, 2005-ci ildə 1 il cəza alıb azadlığa çıxandan sonra 2006-cı ildə təkrar həbs edilib. Müstəntiq APA TV-yə deyib ki, Allahverdiyev hələlik 3 epizodu etiraf etsə də, onun bir necə cinayətdə iştrakı istisna deyil.