Dollar və rubl ucuzlaşdı, avro bahalaşdı – RƏSMİ MƏZƏNNƏ AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 1,047 manat olaraq müəyyənləşdirib. Bu, üç gün əvvəl açıqlanan son məzənnədən 0,09% aşağıdır. Avro isə ötən həftə olduğu kimi bahalaşmaqda davam edir. Yeni məzənnəyə əsasən 1 avronun qiyməti 1,1994 manatdır. Rusiya rublu da ucuzlaşma tendensiyasını saxlayır. Ötən cümə günü 1000 Rusiya rublu 15 manat 40 qəpik idisə, bu həftə Mərkəzi Bank kursu 15 manat 20 qəpik olaraq müəyyənləşdirib. 

Müəllif | Apa.Tv
Apa.tv