Meyit üç gündən sonra tapılaraq sudan çıxarıldı

Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb. APA TV-yə bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Avqustun 20-də Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində batmış şəxsin meyiti tapılıb. 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlu Samur-Abşeron kanalında batıb. O vaxt xilasedicilərin saatlarla davam edən axtarışları bir nəticə verməmişdi. FHN-nin xilasediciləri cəsədi batdığı yerdən 31 km aralıda taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

 

Müəllif | Apa.Tv