Şeyx İmamzadədə

Ölkə ziyalıları qərb bölgəsinə səfərlərini Gəncədə yekunlaşdırıblar. Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, millət vəkili Ziyad Səmədzadə və bir qrup ziyalı Ağstafa və Qazax rayonuna səfər ediblər. Qərb bölgəsində olan rayonlarda tikinti abadlıq işləri ilə tanış olan ziyalılar rayon ictimaiyyəti ilə görüşüblər.

 

Daha sonra Gəncədə olan qonaqlar öncə yeni tikilən Heydər Əliyev Mərkəzinə baş çəkiblər və orada gedən tikinti işləri ilə maraqlanıblar. APA TV xəbər verir ki, onlar “İmamzadə” Dini-Memarlıq Kompleksini ziyarət edərək burada aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Allahşükür Paşazadəyə ziyarətgahda aparılan işlər barədə məlumat verilib.

 

Kompleksdə yenidənqurma işləri 2010-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərancama uyğun olaraq, xüsusi layihə əsasında həyata keçirilir. Burada dini ayinlərin keçirilməsi, 1000 nəfərin eyni zamanda ibadət etməsi üçün ümumi sahəsi 600 kvadratmetr olan kişi və qadınlar üçün ibadət zalları tikilib. Zalların birinə Hüseyniyyə, digərinə isə Zeynəbiyyə adı verilib. Kompleks ətrafındakı mehmanxana və inzibati binada da işlər sona çatmaq üzrədir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli