Oğurluq etdiyi mağazanın kompüterindən “Facebook”a girdi və ələ keçdi - VİDEO
Türkiyədə mağazadan oğurluq edən şəxs “Facebook” marağı üzündən ələ keçib. APA TV-nin Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, Əlbistanda mağazaya girən oğru kassadan pulları götürdükdən sonra dükanın kompüterindən öz “Facebook” səhifəsinə daxil olub. “Facebook”da ünvanına gələn mesajları cavablandıran oğru sonra kompüteri söndürərək mağazanı tərk edib. Hadisə yerində araşdırma aparan polis hər ehtimala qarşı kompüterin daxilolma yaddaşını yoxlayıb. Oğurluq baş verən zaman kompüterdən “Facebook”a daxil olunduğunu aydınlaşdıran polis səhifə girişi vasitəsilə oğrunun şəxsiyyətini müəyyənləşdirib. Mağazadan 400 qutu siqaret və pul oğurlayan şəxsi evində həbs etmək mümkün olmayıb. Oğrunun axtarışı davam edir.