Bakıda polis polisi vurdu

Bakıda polis əməkdaşı idarə etdiyi maşınla yol polisini vurub.

 

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi “Mercedes” markalı avtomobillə orada “BMW” markalı avtomobildə xidmətdə olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı Samir Dənziyevi vurub, hadisə yerini tərk edib. Samir Dənziyev xəstəxanaya yerləşdirilib.

 

Görülmüş tədbirlərlə Aydın Babayev saxlanılıb.
 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv