Sabirabadda qətl: həmkəndlisini öldürdü, təslim oldu

Sabirabad rayonunda qətl hadisəsi baş verib. APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, rayonun Qalağayın kənd sakini Xəqani Miriyev münaqişə zəminində həmkəndlisi Ənvər Abdullayevə bıçaqla xəsarət yetirib. Ənvər Abdullayev hadisə yerində ölüb.

 

Xəqani Miriyev könüllü olaraq Polis Şöbəsinə gələrək təslim olub.

Müəllif | Apa.Tv
Apa.tv