Şirvanda sərxoşlar bıçaqlaşdılar, iki yaralı var

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Şirvan polis şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər sakini, 25 yaşlı Kamran Həsən oğlu Heydərov və Sabirabad rayon sakini, 37 yaşlı Rövşən Mənsim oğlu Solovyov münaqişə zəminində bir-birilərinə bıçaqla xəsarət yetiriblər.

 

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlardan biri əməliyyat olunub. İlkin məlumata görə, hadisə zamanı hər iki şəxs sərxoş olub.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı