Bakıda qapı-pəncərə sexi yandı

Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Fətəli xan Xoyski küçəsində yerləşən plastik qapı-pəncərə sexində qeydə alınıb.

 

Ümumi sahəsi 80 kv.m olan sexin yanar konstruksiyaları 70 kv.m. sahədə, yaxınlıqdakı 6 kv.m.-lik gözətçi otağı isə tam yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Sex sahibinin APA TV-yə verdiyi məlumata görə, yanğın başlayan vaxt sexdə heç kim olmayıb. Yanğının səbəbi hələlik məlum deyil. Sahibkar bildirib ki, sexdə təxminən 5000 manat dəyərində hazır qapı-pəncərə və xammal olub.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv