PKK Bakı-Tiflis-Ərzurum qaz kəmərini partlatdı

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində partlayış olub. APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış PKK terrorçuları tərəfindən törədilib.

 

Hadisənin terror aktı olduğunu Qars valisi Günay Özdəmir də təsdiqləyib.

 

Partlayışdan sonra yanğın olub. Alov yüzlərlə metrə qədər yüksəlib. Terror aktından sonra Bakı-Tiflis-Ərzurum kəməri ilə qaz nəqli dayandırılıb.

 

Partlayışdan sonra yüksələn alov Qars və Ərzurumun bir sıra yaşayış məntəqələrindən görünüb.

 

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, hadisə yerinə giriş qadağan edilib.

Müəllif | Apa.Tv
Apa.tv