"Qalatasaray"ın maraqlandığı belçikalı İstanbula gəlib

Türkiyənin "Qalatasatay" klubunun transfer gündəmində olan belçikalı müdafiəçi Ceyson Denayer İstanbuldadır. "Mançester Siti"nin formasını geyinən futbolçu meneceri İngiltərədən İstanbula gələrkən "Qalatasaray" rəsmilərindən heç kimin qarşılamağa gəlməməsi diqqət çəkib.

 

Atatürk hava limanında jurnalistlərə açıqlama verən Ceyson Denayer bildirib ki, "Qalatasaray"ın "Osmanlıspor"la oyununu izləyəcək.

 

"Qalatasaray"ın böyük klub olduğunu deyən belçikalı futbolçu qeyd edib ki, İstanbulda olmaq çox gözəldir.

 

Belçikalı müdafiəçi transfer danışıqları ilə də bağlı açıqlama verib və deyib ki, danışıqlar hələ bitməyib.

 

Mətbuat nümayəndələrinin böyük maraq göstərdiyi gənc futbolçu onu gözləyən avtomobillə hava limanını tərk edib. O, ötən gecə "Qalatasaray" - "Osmanlıspor" qarşılaşmasını da izləyib.

 

Qeyd edək ki, Ceyson Denayer Belçika millisində də çıxış edir. 

Müəllif | Apa.Tv
Apa.tv