Dollar və rubl ucuzlaşır, avro 1,2 manatlıq həddi keçdi
Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının ucuzlaşma tendensiyası davam edir. Mərkəzi Bank dolların kursunu 1,0466 manat olaraq müəyyən edib. Bahalaşmaqda olan avro isə 1,2 manat həddini keçib. Bu gün avronun rəsmi məzənnəsi 1,2078 olaraq açıqlanıb. Rusiya rublu isə manat qarşısında dəyərini itirməkdədir. Mərkəzi Bank 1000 Rusiya rublunun dəyərini 14 manat 80 qəpik olaraq müəyyənləşdirib.