Arvadı ilə dalaşıb özünü qayınatasının qapısında yandıran kişi öldü - YENİLƏNİB
Qazax rayon sakini Tovuzda özünü yandırıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək özünü yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Elsevər Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Aşağı Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünə od vurub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.