Maştağada 13 yaşlı qız qaçırıldı

Bakıda həddi-buluğa çatmayan 13 yaşlı qız qaçırılıb. APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü adı açıqlanmayan şəxs “VAZ-2107” markalı avtomobillə qaçırılıb.

 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.

 

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv