Şirvanda toyda qan düşdü: cinayəti törədən gənc qaçdı

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə toy məclisi zamanı baş verib.

 

Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Alışov Elvin Eldar oğlu həmin qəsəbə sakini, 1987-ci il təvəllüdlü Səmədov Taleh Şayəddin oğlunu döş qəfəsindən bıçaqlayaraq ağır yaralayıb. Yaralı Şirvan şəhər xəstəxanasında əməliyyat olduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Elvin Alışovun tutulması istiqamətində tədbirlər görülür.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv