Xaçmazda 20 yaşlı oğlanın meyiti dənizdən çıxarıldı

Xaçmaz rayonunun Muxtadır qəsəbəsi ərazisində dənizdə batan gəncin meyiti tapılıb.


APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun meyiti batdığı ərazidən 4 km aralıda, Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığında Fövqəladə Hallar Nazirliyinin (FHN) dağlıc xilasediciləri tərəfindən aşkarlanıb. Meyit ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan