Şabranda ağır qəza: ata və oğul ağır yaralandı

Dünən axşam saatlarında Şabran rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, qəza Şabran-Pirəmsəm yolunda qeydə alınıb.

 

“QazEL” markalı yük maşını idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza nəticəsində Şabran rayon sakinləri, ata və oğul - 52 yaşlı Haşımov Yusifəli Yaqub oğlu və Xəqani Haşımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv