Hacı İbrahim Nehrəmlinin baş mühasibi axtarışa verildi
Azərbaycan külli miqdarda dələduzluq etmiş şəxsi beynəlxalq axtarışa verib. APA TV-nin "Lent.az"a istinadən verdiyi məlumat görə, 1970-ci ildə Şahbuz rayonunda anadan olmuş Vaqif Bağırova Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham elan edilib. Ölkədə olmadığını görə, onun qırmızı xətt üzrə axtarışına qərar verilib.
Anketdə qeyd edilib ki, Vaqif Bağırov Azərbaycan dili ilə yanaşı, rus dilini də yaxşı bilir.
Qeyd edək ki, axtarışa verilmiş Vaqif Bağırov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində baş mühasib vəzifəsində çalışıb. Daha sonra ölkəni tərk edib. Bir müddət əvvəl Azərbaycandakı bəzi KİV-lə əlaqə saxlayaraq Hacı İbrahimlə bağlı iddialar irəli sürən Vaqif Bağırov Afrikada yaşadığını deyib.
Onu da qeyd edək ki, Vaqif Bağırovun Bakıda tikilmiş binalarda vətəndaşlara satılmış mənzillərin digər şəxslərə satması iddia edilir.