Bakıda güclü xəzri əsəcək, yağış yağacaq

Avqustun 26-da Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, Bakıda şimal küləyi əsəcək, arabir güclənəcək. Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperaturu gecə 17-22, gündüz 22-37, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova