Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? PROQNOZ
Yaxın iki-üç gün ərzində ölkə ərazisində qeyri sabit hava şəraitinin davam edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iki gün ərzində buludlu hava şəraiti üstünlük təşkil edəcək.
"Əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. 28-i gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şimal qərb küləyi əsəcək. Havanın temperaturu isə günorta saatlarında 24-28 dərəcə arasında dəyişəcək".
Bölgələrdə də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə isə əsasən də ayın 26-da yağışın leysan xarakteri olacağı ehtimal olunur.
"Havanın temperaturu bölgələrdə 22-27 dağlıq ərazilərdə isə 12-17 arasında dəyişəcək".
Yaxın iki gün ərzində Abşeron yarımadasında gözlənilən hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.