Masallıda müəmmalı yanğın: 3 otaqlı ev külə döndü

Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Çaxırlı kənd sakini, 49 yaşlı Burhan Dadaşova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə evin bir otağını və mətbəxini yanğından xilas etmək mümkün olub. Bununla belə ümumi sahəsi 156 kv.m olan 3 otaqlı evin 80 kv.m-lik ərazisi, o cümlədən 10 kv.m-də dəhlizinin tavanı, ev sahiblərinə məxsus məişət əşyaları və avadanlığı yanaraq sıradan çıxıb.

 

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv