MSK Şirvanda seçkilərlə bağlı maarifləndirmə işlərinə start verib
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara ikinci gündür davam edir. APA-TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhərindəki 46 saylı Şirvan Seçki Dairəsində keçirilən kurslarda seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi müzakirə edilib. Seminar-kursda Şirvan şəhər Polis Şöbəsinin rəisi və şəhər İcra Hakimiyyətinin nümayəndəsi iştirak edib..
Şəkidə Mərkəzi Seçki Komissiyası da (MSK) seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, 114 saylı Şəki kənd birinci seçki dairəsinin inzibati binasında təşkil olunan kurslarda MSK-nın nümayəndəsi, 114 saylı Şəki kənd birinci DSK-nın üzvləri və dairənin əhatə etdiyi bütün məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər. Tədbirdə seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması və digər prosedurlarla bağlı məlumat verilib.