Gəncədə vəkil qadını bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB
Gəncədə vəkil qadını bıçaqlayıblar.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb. Vəkillər Kollegiyasının üzvü, 1966-cı il təvəllüdlü Xatirə Cəbrayılova döş qəfəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və hazırda əməliyyat olunur.
"Yaralı xəstəxanaya daxil olarkən bədənin müxtəlif nahiyyələrinin kəsilmiş deşilmiş yaraları ilə qəbul olunub. Xəstə əməliyyat otağına götürülüb. İlkin tibbi yardımla qanaxma dayandırılıb. Hazırda xəstənin müalicəsi şöbədə davam etdirilir. Vəziyyəti orta ağırlıqdadır".
Məlumata görə, qadını vəkillik etdiyi bir prosesdə qarşı tərəfin nümayəndəsi bıçaqlayıb. Gəncə şəhər Prokurorluğunda aparılan araşdırma zamanı Xatirə Cəbrayılovanı bıçaqlayan şəxsin Mübariz Abbasov olduğu məlum olub. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri zamanı Mübariz Abbasov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.