Dollar və rubl bahalaşmağa başladı – YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyutaların yeni günlük məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, son bir həftə ərzində ucuzlaşmaqda olan ABŞ dolları cüzi bahalaşıb. Mərkəzi Bank bir dolların dəyərini 1.0467 manat olaraq müəyyənləşdirib. Avronun qiymətində isə ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən bu gün 1 avronun dəyəri 1.2059 manat olaraq müəyyən edilib. Rusiya rublu da manata qarşı bir qədər möhkəmlənib. Mərkəzi Bankın açıqladığı məzənnəyə əsasən 1000 rubl 15 manat 10 qəpikdir.