İstanbulda irlandiyalı turist bir neçə mağaza sahibini döydü - REAL VİDEO
İstanbulda irlandiyalı turist bir neçə mağaza sahibini döyüb. APA TV-nin məlumatına görə, hadisə şəhərin Aksaray bölgəsində qeydə alınıb. Aksarayda otellərdən birində qalan irlandiyalı turist su almaq üçün yaxınlıqdakı mağazaya girib. Su ilə dolu soyuducunu açan zaman su şüşələri yerə düşüb. Bundan qəzəblənən mağaza sahibi irlandiyalı turistə sərt reaksiya verib. Onlar arasında mübahisə yaranıb. Mağaza sahibi turisti beysbol ağacı ilə vurmağa başlayıb. Lakin, peşəkar boksçu olan irlandiyalı turistin reaksiyası daha sərt olub. Mağaza sahibi qonşuluqdakı mağazalardakı həmkarlarından kömək istəyib. Mağaza sahibləri əllərinə keçən əşyalarla turistdə vursalar da, peşəkar boksçu bir-bir onları yerə sərib. Davadan sonra, hər iki tərəf polis şöbəsinə gedərək bir-birilərindən şikayətçi olduqlarını bildiriblər.