Bakıda kişi meyiti tapıldı
Bakıda kişi meyiti tapılıb. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, meyit paytaxtın Xətai rayonu ərazisində yaşayış binalarının birinin arxasında aşkarlanıb. Ölən şəxsin kimliyi aydınlaşdırılıb. Onun 1975-ci il təvəvlüdlü, Bakı şəhər sakini Vəliyev Tofiq Əlbəyi oğlu olduğu müəyyən olunub. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Polis araşdırmalara başlayıb.