Bakıda şirkətdən 450 min dollar oğurlayan şəxs tutuldu

Bakıda şirkətdən yarım milyon dollara yaxın pul oğurlayan şəxs tutulub.


APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər  Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450 000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Əhmədov tutulub, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Müəllif | Apa.Tv
Apa.tv