Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alanlar var
Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 26-cı kilometrliyində qeydə alınıb. Xaçmaz rayonu, Mançaroba kənd sakini 1956-cı il təvəllüdlü Səmədov Nəsrəddin Şəmsəddin oğlunun idarə etdiyi 27 BG 814 dövlət nömrə nişanlı “Qaz 3110” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu, Müzəffəroba kənd sakini 1986-cı il təvəllüdlü Hacıyev Orxan Malik oğlunun idarə etdiyi 10 LN 912 dövlət nömrə qeydiyyatlı “Vaz 21012” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində hər iki maşının sürücüsü və “Qaz 3110”-da olan sərnişin Xaçmaz rayonu, Mançaroba kənd sakini 1966-cı il təvəllüdlü Osmanov Osman Hacıbala oğlu xəsarət alıb.
Hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.