Suriyada vuruşan ata və oğula ağır hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Bəxtiyar Şahbazi, onun oğlu Bəhruz Şahbazi və Sadiq Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə,  məhkəmənin hökmü ilə Bəxtiyar Şahbazi 14 il, Bəhruz Şahbazi 12 il, Sadiq Məmmədzadə 14 il müddətinə azadlıqdan məhrum edilib. 

  

İttihama görə, onlar Suriyada Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçiblər, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər və döyüşlərdə iştirak ediblər. 

Müəllif | Apa.Tv
Apa.tv