Alparslan Türkeşin oğlu MHP-dən uzaqlaşdırılır - SƏBƏB
Türkiyənin müvəqqəti hökumətində nazir kürsüsü təklif edilən Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili Toğrul Türkeşin partiyadan çıxarılması məsələsi qaldırılıb.
Toğrul Türkeş baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumətdə təmsil olunmaq təklifini qəbul edib. Baş nazir aralarında Toğrul Türkeş də olmaqla 11 millət vəkilinə belə bir dəvət yollamışdı. MHP-dən Kənan Tanrıqulu və Meral Akşenər təklifi rədd etsələr də, MHP-nin qurucusu Alparslan Türkeşin oğlu Toğrul Türkeş təklifə müsbət cavab verib.
Bu cavabdan sonra Toğrul Türkeşin MHP-dən uzaqlaşdırılması məsələsi partiyanın intizam komitəsinin müzakirəsinə verilib.
Baş nazir Əhməd Davudoğlu isə Toğrul Türkeşə zəng edərək, müvəqqəti hökumətdə yer alacağına görə ona minnətdarlığını bildirib.
Qeyd edək ki, müxalif Cümhuriyyət Partiyasından nazir postu təklif edilən millət vəkillərindən üçü bundan imtina edib.
Müvəqqəti hökumətdə üç yer təklif olunan Xalqların Demokratik Partiyası isə Əhməd Davudoğlunun təklifi ilə razılaşıb.