ABŞ-da növbəti küçə qətliamı: iki nəfər öldürüldü

ABŞ-ın Sanset şəhərində növbəti küçə qətliamı törədilib. APA TV-nin "TASS"a istinadən verdiyi məlumata görə, bir nəfər qəfildən 2 sakinə hücum edib. Əvvəlcə onlara bıçaqla xəsarətlər yetirən şəxs daha sonra hadisə yerinə yaxınlaşan polisə odlu silahdan atəş açıb. Cinayəti törədən kişi bir müddət YDM-də gizlənsə də sonda yaxalanıb. Xəstəxanaya çatdırılan 3 yaralıdan həkimlər yalnız birinin həyatını xilas edə bilib. Ölənlərdən biri polisdir.

Müəllif | Apa.Tv
Apa.tv