Bakıda müəmmalı qətl: 68 yaşlı qadın öldürüldü
Bakıda qətl hadisəsi baş verib.
Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Əzizə Həsənovanın meyiti aşkar edilib.
Hazırda qətl hadisəsini törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.