Bakıda məktəb direktoru dələduzluq etdiyi üçün axtarılır
Bakıda məktəb direktoru barəsində cinayət işi başlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.
55 saylı orta məktəbdən bildirilib ki, Vahid Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.
Hazırda polis Vahid Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.