Türkiyədə döyüşlər: 6 PKK terrorçusu məhv edildi, 4 əsgər yaralandı

Türkiyənin Bitlis bölgəsində PKK terrorçuları hərbçilərə hücum ediblər. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində 4 əsgər yaralanıb, 6 terrorçu isə məhv edilib.

Hadisə Bitlisin Hizan qəsəbəsində qeydə alınıb. Hərbçilərə atəş açan PKK-lılara cavb verilib. Yaralı 4 əsgərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Bitlisin Tatvan Hərbi Hospitalına çatdırılıb.

Ağır yaralanan əsgərin daha sonra helikopterlə Van şəhər xəstəxanasına göndərildiyi bildirilir. Hadisə yerindən qaçan digər terrorçuların tutulması üçün bölgədə əməliyyatlar başladılıb.

Müəllif | Apa.Tv
Apa.tv