İŞİD Türkiyə sərhədində 5 kəndi işğal etdi
İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəddə yerləşən 5 kəndini ələ keçiriblər.
APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə Suriyaİnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb. Kəndlərdən 3-ün Türkiyə sərhədinin 20 km cənubundakı Marea qəsəbəsi civarında, 2-nin isə daha şimaldakı Hələb şəhəri ilə sərhədə yerləşdiyi bildirilir.
Koalisiya qüvvələri isə İŞİD-in bölgədəki mövqelərinə aviazərbələr endirməkdə davam edir.
Bu arada İŞİD-in İraqın ən böyük əyaləti olan Ənbarda gerçəkləşdirdiyi kamikadze hücumu nəticəsində İraqın 2 generalı həlak olub.